Media savadlılığı artırılmalıdır - Hikmət Hacıyev

11:32 20.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan cəmiyyəti media ilə sıx işləyir.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib.

Hikmət Hacıyev bildirib ki ki, media savadlılığı daha da artırılmalıdır:

“Media savadlılığının, o cümlədən sosial media savadlılığının xüsusilə uşaqlar və məktəblilər arasında artırılması çox vacibdir”.